Fatih Kavlakla 10-cu qələbə
Xəbərlər / 16 Aprel 2012 | 06:20468
Fatih Kavlakla 10-cu qələbə

Unibank Premyer Liqasının XXVIII turunun “Qarabağ”la oyununda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” üçün bu qarşılaşma bır sıra məqamlarla əlamətdar oldu.

- Yannik Kamananın qolu “Qəbələ”nin cari mövsümdə öz meydanında vurduğu 25-ci qol oldu. Bu qol həm də Premyer Liqanın cari mövsümündə 20-ci ev qoludur.

- “Qəbələ” Fatih Kavlakın rəhbərliyi altında 10-cu qələbəsini qazandı. Mütəxəssislə 19-cu matçında buna nail olan komanda 9 dəfə Premyer Liqa, 1 dəfə kubokda qələbəyə sevinib.

- Luiz Hilario “Qəbələ”də 30-cu matçını keçirdi. Mahir Şükürov və Daniel Lopes Kruz üçün isə görüş komandanın heyətində 20-ci matç idi.

- 20-ci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan Mahir Şükürov bu göstəricidə Vitali Balamestnıya çatdı. İndi o, yalnız 3 futbolçudan geri qalır: Kənan Kərimov – 49, Lyubo Baranin – 24, Xəyal Zeynalov – 22, Vitali Balamestnı, Mahir Şükürov – 20.

- Komandada bu il debüt etməsinə baxmayaraq artıq 8-ci qolunu vuran Yannik Kamanan Premyer Liqada “Qəbələ” formasında ən çox qol vuran futbolçular sırasında bir az da irəliləyib. Hazırda o, bu göstəricidə 4-cü pilləyə şərikdir: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Fərzad Hatəmi, Yannik Kamanan – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa – 7, Viktor Mendi, Milan Antiç, İqor Melnik – 6.

- Bütün qollarını çempionatda vuran fransalı hücumçu bombardirlərin ümumi siyahısında da mövqeyini yaxşılaşdırıb və 11-ci yerə şərik olub: Rövşən Əhmədov – 20, Kənan Kərimov - 18, Deon Barton – 15, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov – 10, Luiz Hilario, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Fazil Pərvərov, Yannik Kamanan – 8, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7, Milan Antiç, İqor Melnik, Oleq Osadçi – 6.

- “Qəbələ” tarixində ilk dəfə eyni mövsümdə 1 komanda ilə 6 dəfə qarşılaşdı. Bunun mümkün olduğu əvvəlki 2 mövsümdə belə hal qeydə alınmamışdı. Belə ki, iki mərhələli çempionatlarda “Qəbələ” kubokda özünün yer aldığı deyil, digər “altılığ”ın təmsilçisi ilə qarşılaşırdı. Bu dəfə isə “Qəbələ” tarixinin ilk belə sınağını “Qarabağ”la duellərdə yaşadı. Mövsüm ərzində baş tutan 6 görüşdə rəqibinə uduzmayan “Qəbələ” 2 qələbə qazanıb 4 heç-heçə etdi və top fərqində 5:3 hesabı ilə üstün oldu.
 
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1

2011/12 21.12.2011 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 0:0

2011/12 14.03.2012 Azərbaycan kuboku, 1/4 final, ilk Qəbələ - Qarabağ  2:2

2011/12 18.03.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1

2011/12 28.03.2012 Azərbaycan kuboku, 1/4 final, cavab Qarabağ  - Qəbələ 0:0

2011/12 14.04.2012 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:0