Fərid Nəbiyev Çexiya klubunda
Xəbərlər / 1 Sentyabr 2017 | 16:08804
Fərid Nəbiyev Çexiya klubunda

“Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. Klubumuzun və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunçusu “Slaviya” komandasına keçib. O, Praqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Fəridin yeni komandası zəngin tarixə malik klubdur. 1892-ci ildə yaradılan Praqa təmsilçisi 13 dəfə Çexoslovakiya, 4 dəfə Çexiya çempionu olub. Ötən mövsümdə də bu titula yiyələnən komanda həm də  ölkə kubokunun7 qat sahibidir.
“Qəbələ” Futbol Klubu Nəbiyevə “Slaviya”da uğurlar arzulayır.