Futbolçularımız qələbə ilə qayıdır
Xəbərlər / 16 Avqust 2012 | 07:43325
Futbolçularımız qələbə ilə qayıdır

“Qəbələ”nin 6 futbolçusunun dünən – avqustun 15-i keçirilən milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarına dəvət aldığı barədə xəbər vermişdik. Sevindirici haldır ki, 6 futbolçumuzun təmsil olunduğu 4 yığma keçirdiyi oyunları qələbə ilə yekunlaşdırıb. Belə ki, Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Anar Nəzirovun çağırıldığı Azərbaycan yığması Bəhreyni 3:0, Omar Kalabanenin şərəfini qoruduğu Qvineya millisi Mərakeşi 2:1, Deyan Kelharın dəvət aldığı Sloveniya yığması Rumıniyanı 4:3, Urfan Abbasovun çıxış etdiyi Azərbaycan U-21 komandası estoniyalı həmyaşıdlarını 2:0 hesabilə məğlub edib. Futbolçularımızdan ən ağır məsuliyyət isə Omar Kalabanenin çiyninə düşüb. Kapitan kimi Qvineya millisinə liderlik edən müdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.