Hüseyn Əliyevdən yeni müqavilə
Xəbərlər / 12 Fevral 2018 | 21:56340
Hüseyn Əliyevdən yeni müqavilə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev yeni müqavilə imzalayıb.  MMA döyüşlərində iştirak edən idmançımız Golden Team Championship (GTC) promouter təşkilatı ilə anlaşıb. Əliyev Rusiya şirkətinin təşkil etdiyi döyüşlərdə iştirak edəcək. Artıq ilk belə döyüşün tarixi də dəqiqləşib. İdmançımız GTC Liqasında ilk sınağına martın 10-da Rusiyanın paytaxtı Moskvada çıxacaq.