«İnter» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Mart 2017 | 19:01353
«İnter» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb. “Qəbələ”nin “İnter”lə səfər oyununu idarə edəcək hakimlər, matçın hakim-inspektoru və AFFA nümayəndəsi də müəyyənləşib. Martın 30-da keçiriləcək görüşü Elvin Əsgərov idarə edəcək. Ona Vaqif Musayev və Mehman Mahmudov kömək edəcək. “İnter Arena”dakı qarşılaşmanın dördüncü hakimi Ömər Paşayev olacaq. Oyunun AFFA nümayəndəsi Arif Fərəcov, hakim-inspektoru Əli Hüseynov olacaq.
Xatırladaq ki, “İnter” – “Qəbələ” oyunu saat 17:00-da başlayacaq.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
30 mart (cümə axşamı)
17:00. “İnter” – “Qəbələ”
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Mehman Mahmudov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”