«Keyfiyyətli oyun nümayiş etdirdik»
Xəbərlər / 25 Noyabr 2017 | 17:19259
«Keyfiyyətli oyun nümayiş etdirdik»

Topaz Premyer Liqasının XIII turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:6) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Komandamdan razı qaldım. Həm oyun, həm də nəticə ürəyimcə oldu. Futbolçularımız çox yaxşı çıxış etdilər. Keyfiyyətli oyun nümayiş etdirdik. Rəqib barədə danışmağı xoşlamıram. Həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini görürük”.