Millimiz seçmə mərhələdə çıxışını başa vurdu
Xəbərlər / 9 Oktyabr 2017 | 01:34393
Millimiz seçmə mərhələdə çıxışını başa vurdu

Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində çıxışını başa vurub. Yığmamız tsikldə son oyununu səfərdə Almaniyaya qarşı keçirib. Komandamız Kayzerslauterndə baş tutan görüşdə 1:5 hesabı ilə məğlub olub. “Qəbələ”nin iki futbolçusu bu oyunda iştirak edib. Start heyətində meydana çıxan Cavid Hüseynov 69-cu dəqiqədə əvəzlənib. Ruslan Qurbanov isə 77-ci dəqiqədə meydana daxil olub.

Beləliklə, seçmə mərhələni 10 xalla başa vuran yığmamız qrupda 5-ci yeri tutub.