«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Avqust 2017 | 19:37357
«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında III turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun mərkəzi oyununda “Qarabağ”la görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Avqustun 26-da keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabbarov idarə edəcək. Matçın AFFA nümayəndəsi Şaiq Həmidov, hakim-inspektor Əli Hüseynov olacaq.

Xatırladaq ki, avqustun 26-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 20:30-da başlayacaq.

 

Topaz Premyer Liqası

III tur

26 avqust (şənbə)

20:30. “Qarabağ” – “Qəbələ”

Baş hakim: Fariz Yusifov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev

Dördüncü hakim: Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”