“Qəbələ” 1/8 finalda
Xəbərlər / 21 Aprel 2012 | 14:24326
“Qəbələ” 1/8 finalda

III Beynəlxalq Kuşadası Turnirində çıxışını davam etdirən “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsini uğurla adlayıb. Qrupun son oyununda Danimarka “Nordsyalend”i ilə qarşılaşan təmsilçimiz meydançadan qolsuz bərabərliklə ayrılıb – 0:0. Bu nəticədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran “Qəbələ” qrupda 3-cü yeri tutub (1. “Dardanelspor” – 10, 2. “Göztepe” – 6, 3. “Qəbələ” – 6, 4. “Galatasaray” – 6, 5. “Nyukasl” – 4, 6. “Nordsyalend” – 4)  və 1/8 finala yüksəlib. Bu mərhələdə komandamız “Damlaspor”la münasibətlərini aydınlaşdıracaq.