«Qəbələ» «Bakı» ilə oyuna hazırdır - Fotoreportaj
Xəbərlər / 28 Aprel 2012 | 09:15331
«Qəbələ» «Bakı» ilə oyuna hazırdır - Fotoreportaj

Unibank Premyer Liqasının XXX turunda aprelin 29-da doğma meydançada “Bakı”nı qəbul edəcək “Qəbələ” matçöncəsi hazırlıqlarını tamamlayıb. Məşq prosesində müalicəsi davam edən Rövşən Əmiraslanovdan başqa heyətdə olan bütün futbolçular iştirak ediblər. “Qəbələ” paytaxt təmsilçisi önünə Rövşəndən əlavə daha bir itki ilə çıxacaq. Ötən turda – “İnter”lə qarşılaşmada qırmızı vərəqə ilə cəzalandırılan Mahir Şükürov da komandaya kömək edə bilməyəcək.