«Qəbələ» Fransadan xalsız dönür
Xəbərlər / 21 Oktyabr 2016 | 01:24475
«Qəbələ» Fransadan xalsız dönür

“Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0

UEFA Avropa Liqası. Qrup mərhələsi

C qrupu, III tur

20 oktyabr. Saat 23:05. Sent-Etyen. “Joffrua Qişar” stadionu

Baş hakim: Ali Palabıyık (Türkiyə)

Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan (hər ikisi Türkiyə)

Dördüncü hakim: Ceyhun Sesigüzel (Türkiyə)

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan (hər ikisi Türkiyə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Qol: Rikardinyo, 70-öz qapısına.

Sarı vərəqələr: Kevin Teofil Katrin, 51, Şeyx Mbenge, 82 // Vitali Vernidub, 58

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 2 dəq.

Bu gün UEFA Avropa Liqasında III turun oyunları keçirilib. C qrupunda mübarizə aparan “Qəbələ” səfərdə “Sent-Etyen”lə qarşılaşıb. Hər iki komanda Fransadakı matça itkilərlə çıxıb. “Qırmızı-qaralar” zədə üzündən Nika Kvekveskiri, Rəşad Sadiqov, Baqali Dabo və Elvin Camalovun xidmətindən yararlana bilməyib. Əvəzində cəzası başa çatan Teo Uiks heyətə dönüb. Bir neçə oyunçusu zədədən əziyyət çəkən fransalılar isə matça baş məşqçisiz başlayıb. Buna Kristof Qaltyenin cəzalı durumu səbəb olub. Ötən turun “Maynts”la matçı ilə müqayisədə Roman Qriqorçuk start heyətində 3 dəyişiklik edib. Rəşad və Baqali, həmçinin Rafael Santos “11-lik”də yer almayıb. Əvəzində Asif Məmmədov, Ürfan Abbasov və Uiks ilk dəqiqələrdən meydana çıxıb.

Matçın ilk dəqiqələrindən “Sent-Etyen” fəallıq nümayiş etdirib. Meydan sahiblərinin ilk hücumlarından biri Mone Pakenin təhlükəli zərbəsi ilə başa çatıb. Lakin Dmitri Bezotosnı inamlı oynayaraq, önündə yerə dəyən topu dəf edib. Bir müddət “qırmızı-qaralar” rəqibin hücumlarına qarşılıqlı həmlələrlə cavab verməyə çalışıb. Amma fransalılar üstünlüyə yiyələnməyi bacarıb. Topa nəzarəti ələ alan Fransa klubu ilk yarının böyük hissəsini meydanın “Qəbələ”yə aid tərəfində keçirib. Lakin müdafiə xəttinin səhvsiz oyunu qol epizodlarının yaranmasına imkan verməyib. Sürətli əks-hücumlar yaratmağa çalışan komandamızın cəhdləri də boşa çıxıb. Fasiləyədək “qırmızı-qaralar” rəqibin cərimə meydanına daxil olmaqda da çətinlik çəkiblər.

İkinci hissəyə də meydan sahibləri daha aktiv başlayıblar. Ardıcıl hücumlar təşkil edən sent-etyenlilər əlverişli qol imkanı da əldə edib. Lakin Perren yaxın məsafədən qapını dəqiq nişan almayıb. Bu epizoddan sonra “Qəbələ” ardıcıl hücumlar təşkil edib. İki dəfə fransalıların qapısı önündə gərginlik də yaranıb. Lakin əvvəl Asif, ardınca Ruslan Qurbanov cərimə meydanında topa zərbə endirə bilməyib. Təzyiqi artıran fransalıların növbəti qol imkanını Seve qaçırıb. Ardınca isə meydan sahibləri istəyinə çatıb. Veretunun cərimə meydanına ötürməsini başla uzaqlaşdırmağa çalışan Rikardinyo avtoqol müəllifi olub. Braziliyalı yarımmüdafiəçi dərhal qol ötürməsi ilə yadda qala bilərdi. Lakin onun uzun ötürməsindən sonra gözlənilmədən qapıçının önündə olan Ürfan topla yaxşı rəftar edə bilməyib. Sent-Etyenin eyniadlı təmsilçisi hesabda öndə olduqdan sonra da üstünlüyü əldən verməyərək, hücumlarını davam etdirib. Qriqorçuk əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, Fransa təmsilçisi buna imkan verməyib. Əvəzində rəqib bir neçə dəfə fərqi artırmağa yaxın olsa da, müdafiəçilər və Bezotosnı inamlı oynayıblar. Qarşılaşmanın sonlarında fəallaşan “qırmızı-qaralar” ardıcıl künc zərbələri ilə qapı önündə təhlükə yaratmağa cəhd edib. Lakin Rəşad Eyyubovun qeyri-dəqiq zərbəsindən başqa qapını nişan alan olmayıb.

Beləliklə, “Qəbələ” qrup mərhələsinin 3-cü oyununda da meydanı xalsız tərk edib. 

 

“Sent-Etyen”

30. Cessi Mulin 

2. Kevin Teofil Katrin

9. Nolan Ru

10. Usama Tannan

(27. Robert Beriç, 62)

11. Anri Seve

(5. Vensant Pajo, 90+2)

12. Şeyx Mbenge

14. Cordan Veretu

17. Ole Kristian Selanyes

19. Florentin Poqba

22. Kevin Mone Pake

24. Loik Perren (k)

Ehtiyat oyunçular: 

1. Antoni Masonual 

7. Brian Dabo

23. Aleksandr Soderlund

25. Kevin Malkui

35. Arnaud Nordin

Məşqçi: Rene Lobello

 

“Qəbələ”

22. Dmitri Bezotosnı (k)

3. Vojislav Stankoviç

9. Sergey Zenyov

(30. Petar Franyiç, 80)

10. Ruslan Qurbanov

11. Asif Məmmədov

(32. Rəşad Eyyubov, 80)

15. Vitali Vernidub

17. Məhəmməd Mirzəbəyov

19. Flip Ozobiç

20. Rikardinyo

27. Teo Uiks

34. Urfan Abbasov

Ehtiyat oyunçular: 

33. David Pietrzkeviç

8. Qismət Əliyev

39. Sadiq Quliyev

44. Rafael Santos

88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

1

“Anderlext” (Belçika)

3

1

2

0

5-3

5

2

“Maynts” (Almaniya)

3

1

2

0

5-4

5

3

“Sent-Etyen” (Fransa)

3

1

2

0

3-2

5

4

“Qəbələ” (Azərbaycan)

3

0

0

3

3-7

0