«Qəbələ» hazırlıqlara başlayır
Xəbərlər / 27 İyun 2012 | 11:30306
«Qəbələ» hazırlıqlara başlayır

İyunun 26-ı Bakıda biraraya gələrək tibbi müayinədən keçən “Qəbələ” sabah doğma şəhərində 2012-2013 mövsümünün hazırlıqlarına start verəcək. Gündəlik iki məşqə çıxacaq komandamız Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək. İki günlük istirahətdən sonra – iyulun 13-də komanda hazırlıq məqsədilə Sloveniyaya yollanacaq. Ölkə xaricində baş tutacaq təlim-məşq toplanışının ikinci hissəsi iyulun 27-nə kimi davam edəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.