«Qəbələ» Ozobiçin qolu ilə qalib gəldi
Xəbərlər / 18 Yanvar 2017 | 19:39337
«Qəbələ» Ozobiçin qolu ilə qalib gəldi

“Qəbələ” – “Qaz Metan” (Rumıniya) – 1:0
Filip Ozobiç, 30

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşıb. 
Komandamızın baş məşqçisi Roman Qriqorçuk start heyətində aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Rikardinyo, Vojislav Stankoviç, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.
İlk yoxlama matçında Albaniyanın “Partizani” klubu ilə görüşən (1:2) “Qəbələ” Rumıniya təmsilçisi ilə oyuna inamlı başlayıb. Rəqib Rumıniya çempionatının qış fasiləsinə 4-cü pillədə yollansa da, “qırmızı-qaralar” belə güclü rəqibə qalib gəlməyi bacarıb. Görüşün taleyini bir qol həll edib. İlk yarının 30-cu dəqiqəsində vurulan top matçda yeganə olub. Xorvatiya millisinin düşərgəsindən qayıdan Filip Ozobiç “Qəbələ”yə qələbə qazandıran qolun müəllifi olub – 1:0.
Oyunun gedişində Roman Hüseynov, Rafael Santos, Araz Abdullayev, Teo Uiks, Rəşad Eyubov, Asif Məmmədov, Hacıağa Hacıyev də meydana çıxıblar.
Beləliklə, “Qaz Metan”a 1:0 hesabı ilə qalib gələn “Qəbələ” hazırlıq prosesində ilk qələbəsini qazanıb.