«Qəbələ» Premyer Liqaya Zaqatalada start verəcək
Xəbərlər / 14 İyul 2012 | 11:56323
«Qəbələ» Premyer Liqaya Zaqatalada start verəcək

Bu gün Unibank Premyer Liqasının 2012-2013 mövsümü üzrə püşkətma mərasimi keçirilib. Püşatmaya görə “Qəbələ” ilk turda səfərdə Zaqatala təmsilçisi “Simurq”la üz-üzə gələcək. Premyer Liqanın birinci həftəsinin digər görüşləri aşağıdakı kimidir:

"Neftçi" – "Bakı"
"İnter" – "Qarabağ" 
"Sumqayıt" – AZAL 
"Rəvan" – "Xəzər Lənkəran"
"Kəpəz" – "Turan"

İlk turun görüşləri avqustun 4-ü və 5-i keçiriləcək.