“Qəbələ” son yoxlama matçında RNK Splitlə qarşılaşacaq
Xəbərlər / 31 Yanvar 2012 | 20:00638
“Qəbələ” son yoxlama matçında RNK Splitlə qarşılaşacaq

Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 13-ci gününü yekunlaşdırıb. Komanda günün ilk yarısında qaçış və fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar  və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə  Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Deon Barton iştirak etməyiblər. 

Komandamız sabah yoxlama oyunları çərçivəsində 5-ci - sonuncu oyununa çıxacaq. “Qəbələ”  Xorvatiya təmsilçisi RNK Splitlə münasibətlərini aydınlaşdıracaq. Matç Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.