«Qəbələ»-«Sumqayıt»: 21-ci duel
Xəbərlər / 18 Avqust 2017 | 20:34645
«Qəbələ»-«Sumqayıt»: 21-ci duel

Bu həftə Topaz Premyer Liqasında II turun oyunları keçiriləcək. “Qəbələ” yeni mövsümdə ilk ev oyununa çıxacaq. Avrokubok matçlarını Bakıda keçirən komandamız 2017/18 mövsümündə ilk dəfə Qəbələ şəhər stadionunda oynayacaq. Roman Qriqorçukun yetirmələri öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Hər iki komanda çempionata qələbə ilə başladığından matç turun mərkəzi oyunlarından biri hesab edilir. Açılış turunda “Qəbələ” “İnter”i, “Sumqayıt” isə “Kəpəz”i məğlub edib. Hər iki komanda 2:1 hesabı ilə qalib gəlib.

Avqustun 20-də baş tutacaq qarşılaşma rəqiblərin 21-ci dueli olacaq. İndiyədək “Qəbələ” və “Sumqayıt” 20 dəfə görüşüb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.

İlk dəfə 2011-ci il avqustun 14-də üz-üzə gələn komandaların matçlarında “Qəbələ” aşkar üstünlüyə malikdir. Təkcə bir faktı demək kifayətdir ki, “qırmızı-qaralar” əvvəlki matçların hamısında qol vurub. Meydanı qolsuz tərk etməyən komandamızın hesabında 13 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Düzdür, bunlardan biri sonuncu oyuna təsadüf edib. Lakin “Qəbələ” son 15 görüşdə yalnız bir dəfə uduzub. Top fərqində də komandamız böyük üstünlüyə malikdir – 38:16.

“Qırmızı-qaralar”ın evdəki qarşılaşmalarda üstünlüyü daha böyükdür. Ardıcıl 9 dəfə qonaqlara qalib gələn “Qəbələ” yalnız son ev duelində xal itkisi ilə üzləşib. Öz meydanında 22 dəfə fərqlənən komandamız yalnız 5 top buraxıb.

“Sumqayıt”la oyunlarda vurulan 38 topda “Qəbələ”nin 23 futbolçusunun imzası var. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə qola sevinib. Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.

Xatırladaq ki, avqustun 20-də keçiriləcək “Qəbələ” - “Sumqayıt” oyunu saat 20:00-da başlayacaq.

 

2011/12 mövsümü

 

14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

 

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

 

2012/13 mövsümü

 

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

 

08.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

 

2013/14 mövsümü

 

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

 

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

 

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

 

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

 

2014/15 mövsümü

 

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

 

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

 

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

 

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

 

2015/16 mövsümü

 

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

 

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

 

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

 

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

 

2016/17 mövsümü

 

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

 

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.)  -  Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

 

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58  -  Məhəmməd Qurbanov, 53 

 

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29  -  Asif Məmmədov, 40