«Qəbələ» üstünlüyünü qoruya bilmədi
Xəbərlər / 28 Aprel 2012 | 21:20263
«Qəbələ» üstünlüyünü qoruya bilmədi

Əvəzedicilər çempionatının XXX turunda "Qəbələ" doğma meydançada "İnteri qəbul etdi. Oyuna sürətli başlayan komandamız 15-ci dəqiqədə Amil Yunanovun dəqiq zərbəsi ilə hesabı açdı. Üstünlüyünü ikinci hissənin ortalarına kimi davam etdirən Daril Villardın yetirmələri 73-cü dəqiqədə qapılarında qol gördülər. Samir Hüseynli hesabı bərabərləşdirdi - 1:1. Bu matçda vurulan son qol oldu və hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qəbələ" bu tur  qələbə qazanan lider "Neftçi" ilə xal fərqinin artmasına mane ola bilmədi. Çempionatın sonuna 2 tur qalmış komandamızı ilk pillədən 5 xal ayırır.