Qismət Alıyev milli komandada
Xəbərlər / 6 Noyabr 2017 | 12:18385
Qismət Alıyev milli komandada

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin futbolçusu Qismət Alıyev də yığmaya dəvət olunub. O, komandanın qarşıdakı iki oyununda iştirak edəcək heyətdə yer alıb. Millimiz AVRO-2019-un seçmə mərhələsi çərçivəsində noyabrın 9-da Almaniya, 14-də Kosovo ilə görüşəcək. Hər iki matç Bakıdakı “Dalğa Arena”da keçiriləcək.