Qismət Alıyev milli komandaya çağırıldı
Xəbərlər / 27 May 2017 | 13:15738
Qismət Alıyev milli komandaya çağırıldı

“Qəbələ”nin futbolçusu Qismət Alıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. O, yığmamızın təlim-məşq toplanışı üçün açıqlanan 23 futbolçudan ibarət heyətdə yer alıb. 21 yaşlı yarımmüdafiəçinin sıralarında olduğu milli komanda mayın 27-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 9-na qədər Avstriyanın Zalsburq şəhərində hazırlıq keçəcək. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də və 8-də Çexiyanın U-21 yığması ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.