«Rəvan» öz «Dalğa»sında boğuldu» – «Qəbələ» rəsmən ilk altılıqda
Xəbərlər / 3 Mart 2012 | 16:29386
«Rəvan» öz «Dalğa»sında boğuldu» – «Qəbələ» rəsmən ilk altılıqda

“Rəvan” – “Qəbələ” 0:4

3 mart 2012. Saat 16:30.“Dalğa Arena”  stadionu. 300 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Elşən Acalov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif  Davudov
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Tural Axundov, 39; İvan Vasilyev, 75; 76 // Urfan Abbasov, 24; Mahir Şükürov, 55; Pavels Dorosevs, 64; Deon Barton, 75 
Qırmızı vərəqə: İvan Vasilyev, 76
Qollar: Viktor Mendi, 3; Yannik Kamanan, 9; 25; Deon Barton, 83
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

Unibank Premyer Liqasının 22-ci turunda “Qəbələ” paytaxtda “Rəvan”la qarşılaşdı. Birinci və ikinci altılığın müəyyənləşdiyi turda AZAL-ın səfərdə “Qarabağ”a məğlub olması artıq matç başlamadan “Qəbələ”nin ilk altılıqda mübarizə aparacağını qətiləşdirmişdi. Bu hal “Qəbələ”nin meydana ruh yüksəkliyi ilə çıxmasına şərait yaratdı. 
Matç “Qəbələ”nin sürətli hücumları ilə start götürdü.  Bunun nəticəsi kimi “Qəbələ” 3-cü dəqiqədə hesabı açdı. Dodonun  sağ cinahdan cərimə meydançasına  ötürməsini Mendi tək toxunuşla tora qovuşdurdu. Hücumlarını səngitməyən “Qəbələ” 9-cu dəqiqədə “Rəvan”ı bir daha meydançanın mərkəzinə dəvət etdi. Bu dəfə Kamanan fərqləndi və “Qəbələ” forması ilə ilk qoluna imza atdı. Hücumlarının kəsərini azaltmayan qonaqlar 25-ci dəqiqədə hesabı 3:0-a çatdırdılar. Ürfan Abbasovun ötürməsindən sonra Kamanan dublunu rəsmiləşdirdi.
İkinci hissədə də ssenari dəyişmədi. “Qəbələ” hücüm edən, “Rəvan” isə müdafiə olunan tərəf idi. 76-ci dəqiqədə meydan sahibləri azlıqda qalması “Rəvan”ın vəziyyətini biraz da çətinləşdirdi. Say azlığı 8 dəqiqə sonra özünü hesabda da göstərdi. Deon Barton üç müdafiəçinin arasından dəqiq zərbə ilə meydana yeni çıxmış Davud Kərimini məyus etdi və matçın nəticəsini müəyyənləşdirdi: 4:0.

Fatih Kavlak: “Oyunun ilk dəqiqələrindən rəqibə qol vurmaq futbolda böyük önəm kəsb edir. Hesabın erkən açılması rəqibi psixoloji cəhətdən sarsıtdı. Komandamın oyunundan razı qaldım, ilk altılığa vəsiqəni rəsmiləşdirdik. Qarşımızda duran növbəti vəzifə Avroliqaya vəsiqə qazanmaqdır”.

“Rəvan”

61. İvan Vasilyev
3. Miloş Zeçeviç (k)
8. Tural Axundov
10. Nemanya Vidakoviç
11. Şeriff Suma
13. Fərid Həşimzadə
14. Sergey Artyux
(17. Ramazan Abbasov, dəq.46)
18. Samuel Barlay
20. Kristian Torres
30. Məhərrəm Müslümzadə
(24. Hüseyn İsgəndərov, dəq.28)
90. Sergey Çernışev
(12. Davud Kərimi, dəq.77)

Ehtiyat oyunçular:

5. Natiq Kərimi
4. Ekrem Hodziç
7. Elvin Musazadə
9. Vüsal Qarayev

Baş məşqçi: Bəhmən Həsənov

“Qəbələ”

12. Pavels Doroşevs
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
(17. Arif İsayev, dəq.36)
10. Deon Burton
(22. Murad Hüseynov, dəq.89)
11. Yannik Kamanan
(14. Veselko Trivunoviç, dəq.59)
20. Stiv Olfers
24. Tərzin Cahangirov
34. Ürfan Abbasov
77. Luiz Paulo Hillario

Ehtiyat oyunçular:

30. Qrem Smit
7. Yaşar Abuzərov
15. Nodar Məmmədov
33. Saşa Yunisoğlu

Baş məşqçi: Fatih Kavlak