Saytımız yeni dizaynda istifadəyə verildi
Xəbərlər / 22 Noyabr 2011 | 20:00955
Saytımız yeni dizaynda istifadəyə verildi

Hörmətli oxucularımız, əziz “Qəbələ”sevərlər,

“Qəbələ” Peşəkar Futbol Klubu olaraq daim gördüyümüz işlərin yüksək səviyyədə olmasına səy göstərmişik. Həm meydançada, həm də meydançadan kənarda futbolun inkişafı ilə bağlı fəaliyyətimizlə peşəkarlıq standartlarına uyğun klub yaratmağa çalışmışıq. Bu fəaliyyətin tərkib hissəsi kimi bu gün elektron səhifəmiz yeni dizaynda və daha dolğun məlumat bazası ilə istifadənizə verilir. “GOCREATİVE” studiyası tərəfindən hazırlanan saytımız vasitəsilə  klubla bağlı bütün məlumatları, yenilikləri, xəbərləri operativ şəkildə əldə edə biləcəksiniz. Bəzi bölmələrdəki boşluqlar yaxın 10 gün ərzində tam məlumatlarla doldurulacaq. Bizi izləməyə və dəstəkləməyə davam edin.

Hörmətlə,

Qəbələ Peşəkar Futbol Klubu