U-11 qrup mərhələsini uğurla adladı
Xəbərlər / 27 İyun 2012 | 23:25318
U-11 qrup mərhələsini uğurla adladı

“Qəbələ”nin 11 yaşa qədər futbolçularından ibarət komandası Portuqaliyada keçirilən IBERCUP-2012 turnirinin qrup mərhələsini uğurla adlayıb. Qrupun son oyununda UC Venesuela ilə üz-üzə gələn təmsilçimiz öncəki görüşdə olduğu kimi 3:3 hesablı heç-heçəyə imza atıb. Maraqlıdır ki,  komandamıza 1 xalı gətirən qollara ötən matçda – “Lorien”lə oyunda olduğu kimi Təbriz İsazadə (2) və İdris İnqilablı imza atıblar. Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 5-ə yüksəldib və növbəti mərhələyə vəsiqə qazanıb.