Üç futbolçumuz Azərbaycan milli komandasında
Xəbərlər / 26 Yanvar 2018 | 14:00235
Üç futbolçumuz Azərbaycan milli komandasında

Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 3 futbolçusu yığmaya çağırılıb. Bunlar müdafiəçi Təmkin Xəlilzadə, yarımmüdafiəçi Cavid Hüseynov və hücumçu Ruslan Qurbanovdur. Onlar millinin Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Yanvarın 27-dən 31-ə qədər davam edəcək hazırlıq prosesində yığmamız 1 yoxlama oyununda da qüvvəsini sınayacaq. Azərbaycan millisi yanvarın 30-da Moldova ilə qarşılaşacaq.