Yeni Tərəfdaşımız - «Acıbadem»
Xəbərlər / 22 Dekabr 2011 | 20:00924
Yeni Tərəfdaşımız - «Acıbadem»

“Qəbələ” Futbol Klubu ölkəmizdə futbola gətirdiyi bir çox yeniliklə yanaşı, qurduğu tərəfdaşlıqlarla da diqqət mərkəzindədir. 

Bu gün bu tərəfdaşlara bir yenisi əlavə olunmuşdur. Klubumuzla Türkiyənin aparıcı tibb mərkəzlərindən biri olan “Acıbadem Hospitals Group” arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Acıbadem”  “Qəbələ” Futbol Klubunun 2011-2012 mövsümünün  sonuna qədər tibbi xidmətlər üzrə rəsmi sponsoru olacaqdır. İki tərəf arasında müqavilənin gələn mövsüm də davam etməsi gözlənilir.

Xatırladaq ki, “Acıbadem” 1991-ci ildən Türkiyə ilə yanaşı beynəlxalq arenada da yüksək standartlara uyğun tibbi xidmətlər verməkdədir. Bu müddət ərzində xəstəxana və tibb mərkəzlərindən ibarət səhiyyə şəbəkəsini böyüdən “Acıbadem” bu gün 16 tam təchizatlı xəstəxana və 8 polikilinika ilə xidmət göstərir. Bu xəstəxana və mərkəzlərin 11-i JSCI tərəfindən 2005-ci ildən etibarən akkreditasiya edilmişdir. Türkiyənin aparıcı özəl tibb xidməti qurumlarından olan “Acıbadem”in personal sayısı 13 000-ə çatmışdır.