Zarağan-2 Coca-Cola Məktəbli Kubokunun qalibi oldu
Xəbərlər / 28 Aprel 2012 | 20:50613
Zarağan-2 Coca-Cola Məktəbli Kubokunun qalibi oldu

“Qəbələ” FK Futbolun  Kütləviləşdirilməsi Departamenti və AFFA-nın birlikdə Qəbələ şəhər və kənd məktəbləri arasında təşkil etdiyi Coca-Cola Məktəbli Kubokuna aprelin 28-i keçirilən final oyunu ilə yekun vurulub. Final matçında Soltannuxa və Zarağan 2 saylı orta məktəblərinin komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib.  Soltannuxa kənd məktəbinin komandasının heyətində Natiq Mustafayev kollektivini irəli çıxarsa da, rəqib Əkbər Ələkbərlinin dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib. Beləliklə, oyunun əsas vaxtı 1:1 hesabilə yekunlaşıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Zarağan məktəblələri turnirin qalibi olublar və Qəbələni Bakıda keçiriləcək məktəblərarası turnirdə təmsil etmək hüququ qazanıblar.  Matçdan sonra “Qəbələ” FK FKD və AFFA tərəfindən mükafatçılara diplom və hədiyyələr təqdim olunub.  Aşağıdakı nominasiyalar üzrə fərqlənənlər də xüsusi mükafatlarla təltif ediliblər:

Turnirin bombardiri: Nurməmmədov Elşən (Soltannuxa)
Ən yaxşı qapıçı: Tkaçuk Vitaliy (Zarağan 2)
Ən yaxşı qız oyunçu: Süleymanlı Nailə (Yemişənli)
Ən məhsuldar assistent: Məmmədyarov Aqil (Soltannuxa), Mustafayev Amin (Soltannuxa)