«Zirə» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Fevral 2017 | 15:45383
«Zirə» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XVIII turunun təyinatları açıqlanıb. Fevralın 12-də və 13-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun ilk günündə rəqib meydanında “Zirə” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşü Əliyar Ağayev idarə edəcək. FİFA referisinin köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Murad Məmmədov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Mübariz Hüseynov olacaq. 
Xatırladaq ki, fevralın 12-də baş tutacaq “Zirə” - “Qəbələ” matçı saat 16:30-da başlayacaq. 

Topaz Premyer Liqası
XVIII tur
12 fevral (bazar)
16:30. “Zirə” - “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu