Aşağı yaş qruplarında «Qəbələ» hegemonluğu
Xəbərlər / 5 Mart 2013 | 06:18586
Aşağı yaş qruplarında «Qəbələ» hegemonluğu

Ölkədə uşaq futbolunun inkişafına xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubu aşağı yaş qrupları üzrə çempionatlarda göstərdiyi oyun və əldə olunan nəticələrlə işini nə dərəcədə doğru qurduğunu açıq şəkildə nümayiş etdirir. Hazırda U-11, U-13, U-14, U-15, U-16 və U-17 Liqalarında mübarizə aparan “qırmızı-qaralar” bütün çempionatlara liderlik edir. İstedadlı  və peşəkar futbolçu yetişdirməyi qarşısına məqsəd qoyan “Qəbələ” Futbol Akademiyası prinsiplərinə uyğun olaraq futbolçulara hər oyunda qələbə qazanmaq tapşırığı verməsə də, nümayiş etdirilən gözəl oyununun məntiqi nəticəsi kimi qalibiyyətlər sıralanır.

U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında mübarizə aparan “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası keçirdiyi 8 oyunu maksimum nəticə ilə tamamlayıb. Rəqib qapılarına 33 dəfə yol tapan Zaur Hacıyevin yetirmələri qapılarında yalnız bir top görüblər. 

 

No

Komanda (U-11)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

8

8

0

0

33-1

24

2

DAŞQIN

8

7

0

1

25-3

21

3

SİMURQ

8

5

1

2

16-5

16

 

U-13 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında da “Qəbələ” məğlubiyyətsiz turnir cədvəlinə liderlik edir. Keçirdiyi 9 oyunda 8 qələbə qazanan və 1 matçdan sülhlə ayrılan Sərdar Qafarovun komandası rəqib qapılarından 47 top keçirib. 2 dəfə isə “meşin yuvarlağ”ın çərçivədən keçməsinə mane ola bilməyib.

 

No

Komanda (U-13)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

9

8

1

0

47-2

25

2

SİMURQ

9

8

0

1

26-8

24

3

QƏBƏLƏ Gİİ

9

7

1

1

55-3

22

 

14 yaşa qədər futbolçulardan ibarət komandamız mübarizə apardığı U-14 Liqasının Şimal-Qərb və Qarabağ regionu üzrə çempionatında aşkar hegemonluğunu davam etdirir. 9 oyunu maksimum nəticə ilə tamamlayan Şəhruz Mustafayevin yetirmələri qapılarını toxunulmaz saxlamağı bacarıblar. Əvəzində isə rəqiblərini nə az, nə çox 74 dəfə meydançanın mərkəzinə dəvət ediblər. 

 

No

Komanda (U-14)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

9

9

0

0

74-0

27

2

SİMURQ

9

7

0

2

29-12

21

3

UGİM OĞUZ

8

4

1

3

10-22

16

 

Kapital Bank U-15 Liqasının A qrupunda çıxış edən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası “doqquzluğ”un şəriksiz lideridir. Keçirdiyi 13 oyunda 39 xal toplayan Hüseynqulu Quliyevin yetirmələri rəqiblərini 65 dəfə məyus etməyi bacarıblar. “Qırmızı-qaralar” qapılarında cəmi 6 qol görüblər.

 

No

Komanda (U-15)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

13

13

0

0

65-6

39

2

ƏLİNCƏ

13

12

0

1

49-6

36

3

QARABAĞ

13

8

0

5

26-19

24

 

Arxada qoyduğu 12 turda 10 qələbə qazanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası  U-16 Liqasına başçılıq edir. 1 heç-heçə və 1 məğlubiyyət alan “qırmızı-qaralar” 77 dəfə fərqlənməyi bacarıblar. Əvəzində isə qapılarında 9 top görüblər. Çempionatın ən sərrast futbolçuları siyahisına “Qəbələ”ni təmsil edən Viqar Əlibabayev başçılıq edir – 30 qol.

 

No

Komanda (U-16)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

12

10

1

1

77-9

31

2

NEFTÇİ

12

10

1

1

46-9

31

3

BAKI

12

8

1

3

63-8

25

 

Azercell U-17 Liqasında da eyni mənzərə müşahidə olunur. Keçirdiyi 14 oyunda 13 qələbə qazanan “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yalnız bir dəfə - bir heç-heçə ilə xal itkisinə məruz qalıb. Arxada qoyduğu 14 tur ərzində rəqiblərini 47 dəfə meydançanın mərkəzinə dəvət edən “qırmızı-qaralar” qapılarında 14 top görüblər. Bombardirlər cədvəlinə  24 qolla “Qəbələ”nin hücumçusu Ehtiram Şahverdiyev başçılıq edir.

 

No

Komanda (U-17)

O

Q

H

M

T-F

X

1

QƏBƏLƏ

14

13

1

0

47-14

40

2

NEFTÇİ

14

12

0

2

43-15

36

3

BAKI

14

11

0

3

52-12

33