«Qəbələ»dən 10 böyükhesablı qələbə
Xəbərlər / 6 Oktyabr 2016 | 20:54500
«Qəbələ»dən 10 böyükhesablı qələbə

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları 14 oyun keçiriblər. Cəmi 3 matçda heç-heçəylə kifayətlənib, 11 qələbə qazanan təmsilçilərimiz 10 görüşdə böyük hesabla qalib gəlib. 
U-19 Liqasının II turunda “Neftçi” İK İB ilə səfər oyununda 1 xal qazanan (1:1) komandamız III turda “Kəpəz”i qəbul edib. 4:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 3 oyundan sonra xal hesabını 7-yə çatdırıb. Öz meydanında “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanan (4:1) “qırmızı-qaralar” 2 oyundan sonra 6 xalla liderlər qrupunda qərarlaşıb. U-16 komandamız isə mövsümə heç-heçə ilə start verib. “Qəbələ” “Vətən”lə ev oyunundan 1 xalla ayrılıb – 1:1. İlk qarşılaşmasında “Mil”i qəbul edən U-15 “doğma divarlar” arasında qol yağışına sevinib – 9:0.
U-14 Liqanın Paytaxt regionunun Bakı zonasında çıxış edən “Qəbələ” “Vətən RİOEUG” üzərində qələbə qazanıb – 2:0. İki turdan sonra 6 xala malik komandamız liderlər qrupunda yer alıb. Eyni zonada çıxış edən U-13 II turda “Rəvan”la qarşılaşıb. 1:1 hesablı heç-heçəylə kifayətlənən “qırmızı-qaralar” ilk xalını əldə edib.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən “Qəbələ” U-12 komandası ilk turda Şəki UGİM-i ilə görüşüb. Komandamız 18:0 hesabı ilə qələbə əldə edib. UGİM komandamız isə Yevlaxın UGİM-i üzərində qələbə qazanıb – 6:1. Eyni zonda çıxış edən U-11 komandalarımız da böyükhesablı qələbə əldə edib. “Qəbələ” Qaxın ROİL-ini 9:0, UGİM isə Yevlaxın UGİM-ini 12:1 hesabı ilə üstələyib. U-10 Liqasında 3 komanda təmsil olunan akademiyamızın təmsilçiləri də mövsümə böyükhesablı qələbələrlə start verib. “Qəbələ” “Balakən”i 8:0, UGİM isə “Daşqın”ı 9:1, Gİİ isə Şəkinin “Şorsu” komandasını 6:1 hesabı ilə yenib.