«Qəbələ» İspaniyaya yollanır - «Qırmızı-qaralar» «Real»a qarşı
Xəbərlər / 16 Sentyabr 2013 | 08:03622
«Qəbələ» İspaniyaya yollanır - «Qırmızı-qaralar» «Real»a qarşı

“Qəbələ” Futbol Akademiyası 2013-2014 mövsümünün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. 14 yaşa qədər futbolçulardan ibarət komandamız sentyabrın 18-dən 23-dək İspaniyanın paytaxtı Madriddə dünyanın tanınmış klublarının iştirakı ilə təşkil olunacaq ənənəvi beynəlxaq turnirdə çıxış edəcək. Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan turnirdə 13 ölkənin 24 komandası 4 qrupda mübarizə aparacaq. "Qəbələ" turnirə ev sahibliyi edən Madrid "Real"ı ilə eyni qrupda yer alıb. Oyunlar “San Roke” (1-ci qrup), “Alkobendas”, “Kanilyas” və “San Sebastyan” stadionlarında keçiriləcək. Komanda Madriddə dördulduzlu “Amura” otelində məskunlaşacaq və sentyabrın 19-da ilk məşqinə çıxacaq. İspaniyaya yollanacaq nümayəndə heyətinə “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, məşqçilər Sərdar Qafarov, Uğur Kurt, həkim İlkin İslamov, inzibatçı Elşən Səmədli və 18 futbolçu daxil ediləcək. Qeyd edək ki, futbolçularımız Madriddə olduğu günlərdə “Real Madrid” - “Xetafe” oyununu stadionda izləmək imkanına malik olacaqlar. "Qəbələ" İspaniyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Murad Cəfərov, Fərman Bayramov 
Müdafiəçilər: Vüsal Məsimov, Fəqan Məsimov, İzzət Müştaqov, Arsen Ağcabəyov,  Bəşir Aylarov
Yarımmüdafiəçilər: Nizami Səmədov, Tolqar Yaqubov, Samir Ağakişiyev, Davud Mahmudov, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli
Hücumçular: Məhəmməd Abbaslı, Təbriz İsazadə, Kamran Quliyev.

Turnir iştirakçıları aşağıdakı qruplarda mübarizə aparacaqlar:

I Qrup

"Qəbələ"
"Real" (Madrid, İspaniya)
Los Anceles Akademiyası (ABŞ)
“Akademika Koimbra” (Portuqaliya)
“Jef Yunayted” (Yaponiya)
“IFK Stoksund” (İsveç) 

II Qrup

“Ayaks” (Hollandiya)
“Verder” (Almaniya)
“Atletiko” (Madrid, İspaniya)
“Brommapoykarna” (İsveç)
“Çivas” (ABŞ)
“Alkobendas” (İspaniya)

III Qrup

“Yuventus” (İtaliya)
“Kombinado” (Marsel, Fransa)
“Fillinqsdalen” (Norveç)
“Den Haaq” (Hollandiya)
“Şandonq Lusenq” (Çin)
“Kanilyas” (İspaniya)

IV Qrup

“Barselona” (İspaniya)
“Fulhem (İngiltərə)
“Kapillan Pallo” (Finlandiya)
“Straykers” Akademiyası (ABŞ)
AİK (İsveç)
“Sans” (İspaniya)