«Qəbələ»nin 6 futbolçusu milli komandada 
Xəbərlər / 10 Oktyabr 2016 | 21:39595
«Qəbələ»nin 6 futbolçusu milli komandada 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Milli komandaya çağırılan 18 oyunçu arasında “Qəbələ”nin 6 futbolçusu yer alıb. Bunlar İzzət Muştaqov, Fərid Nadirov, Rüstəm Nuruyev, Vüsal Mustafayev, Məhəmməd Abbaslı və Kamran Quliyevdir.

Sabah - oktyabrın 11-də təlim-məşq toplanışına start verəcək Azərbaycan yığması ayın 13-dək Bakıda, 14-21-də isə Serbiyanın paytaxtı Belqradda hazırlıq keçəcək. Millimiz oktyabrın 22-dən 31-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. Komandamız ayın 25-də İngiltərə, 27-də Avstriya, 30-da Rumıniya ilə üz-üzə gələcək.