«Qəbələ» U-10 Liqasında bürünc medal qazandı
Xəbərlər / 3 May 2017 | 16:00417
«Qəbələ» U-10 Liqasında bürünc medal qazandı

AFFA-nın təşkil etdiyi U-10 Liqasına yekun vurulub. Bu gün yarışda final və 3-cü yer uğrunda qarşılaşma keçirilib. “Qəbələ” bürünc medal uğrunda qarşılaşmada “Əlincə” ilə görüşüb. Matç “qırmızı-qaralar”ın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qəbələ”nin ən aşağı yaş qrupu üzrə komandası mövsümü bürünc medallarla başa vurub. 

Xatırladaq ki, “qırmızı-qaralar” final mərhələsində “Əlincə”ylə matçadək “Azəri TİM” (0:0, 6:2), “Sumqayıt” (4:0, 3:0) və “Vətən” RİOEUG ilə (0:2, 1:5) qarşılaşıb.