U-13-dən iki heç-heçə
Xəbərlər / 31 Avqust 2017 | 21:12357
U-13-dən iki heç-heçə

Cənubi Koreyada keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə yekun vurulub. Yarışda qüvvəsini sınayan “Qəbələ”nin müvafiq yaş qrupu üzrə komandası turnirin son günündə iki qarşılaşma keçirib. “Qırmızı-qaralar” öncə Yaponiyanın “Vejitto” komandası ilə görüşüb. 2:2 hesabı ilə başa çatan matçda Hüseynağa Səlimov və Sadiq Şəfiyev qol sevinci yaşayıb. “Qəbələ” son matçında da sülhlə kifayətlənib. Komandamız Tailandın BCC klubu ilə heç-heçə edib – 3:3. Bu görüşdə Eşqin Əhmədov, Hüseynağa Səlimov  və Okan Təhməzli qol vurub.

Turnirin qalibi adına isə Braziliyanın “Santos” klubu yiyələnib. İspaniya “Selta”sı 2-ci, yerli “Çunqmu” 3-cü yeri tutub.