U-15 və U-19 mükafatlandırıldı
Xəbərlər / 25 May 2017 | 18:18390
U-15 və U-19 mükafatlandırıldı

“Qəbələ”nin U-15 və U-19 komandaları mükafatlandırılıblar. Bu AFFA-nın inzibati binasında U-19, U-17, U-16 və U-15 Liqalarının qaliblərinin təqdimat mərasimində gerçəkləşib. Bu gün keçirilən tədbirdə U-15 Liqasının bütün mükafatçıları, U-19 və U-17 liqalarında gümüş və bürünc medalçılar, U-16 Liqasında isə yalnız 3-cü yerin sahibi medallarına qovuşub. Həmçinin turnirlərin ən yaxşı oyunçuları və bombardirləri təltif ediliblər. U-15 Liqasının çempionu olan “Qəbələ” kubok və qızıl medallarını alıb. “Qırmızı-qaralar”ın futbolçusu Veysəl Rzayev isə turnirin ən yaxşı oyunçusu kimi mükafatlandırılıb. Bundan başqa, U-19 Liqanın gümüş mükafatçısı olan komandamız da medallarla təltif edilib.