U-17 Braziliyaya yollanır
Xəbərlər / 11 Dekabr 2013 | 10:36335
U-17 Braziliyaya yollanır

“Qəbələ”nin 17 yaşlı futbolçularından ibarət komandası dekabrın 15-dən 21-dək Braziliyada  keçiriləcək "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edəcək. Yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunacaq. Komandamız səfərə dekabrın 12-də Bakı-İstanbul-Sao Paolo-Londrina reysi ilə çıxacaq. Turnirə 2 gün əvvəldən getməkdə məqsəd yerli mühitə uyğunlaşmaqdır. 

Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv Cənubi Amerikaya bu futbolçu heyəti ilə yola düşür: 1. Turxan Həsənov (qapıçı), 2. Elnur Orucov – (qapıçı, 1998), 3.Bəhlul Mustafazadə  (müdafiəçi), 4. Çingiz Hüseynov (müdafiəçi), 5. Sahil Mirzəyev (müdafiəçi), 6. Ayxan Əsədov (müdafiəçi), 7. Mirəli Məmmədzadə (müdafiəçi), 8. Yusif Nəbiyev (müdafiəçi), 9. Elmiz İsmayılov (müdafiəçi), 10. Tural Məmmərzəyev (yarımmüdafəçi), 11. Əli Səmədov (yarımmüdafəçi ), 12. Emin Zamanov (yarımmüdafəçi), 13. Baxşəli Baxşalıyev - yarımmüdafəçi, 1998,), 14. Rövlan Muradov (yarımmüdafəçi, 1998), 15. Ramiz Məmmədzadə (hücumçu), 16. Roman Hüseynov (hücumçu), 17. Ülvü İskəndərov (hücumçu), 18. Muxtar Əliyev (hücumçu).

Oyunlar Bələdiyyə Stadionunda (Estadio Municipial) və “Laranya Mekanika Stadionunda keçiriləcək. Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gələcək. Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq: 

A qrupu:
“Laranja Mekanika”, “Palmeyras” (hər ikisi Braziliya), “Əl Əhli” (BƏƏ), “Qəbələ”

B qrupu:
“Kuritiba”, “Flamenqo”, “Londrina” (hamısı Braziliya), “Mohammed IV” Futbol Akademiyası (Mərakeş)

Turnirin təqvimi belədir:

15.12.2013 
17:00. “Laranya Mekanika” – “Qəbələ”

16.12.2013
09:00. “Kuritiba” – “Mohammed IV”
10:45. “Londrina” – “Flamenqo”
19:00. “Əl Əhli” – “Palmeyras”

17.12.2013 
09:00. “Mohammed IV” – “Flamenqo”
10:45. “Kuritiba” – “Londrina”
17:00. “Qəbələ” – “Palmeyras”
19:00. “Laranya Mekanika” – “Əl Əhli”

19.12.2013
09:00. “Mohammed IV” – “Londrina”
10:45. “Flamenqo” – “Kuritiba”
17:00. “Qəbələ” – “Əl Əhli”
19:00. “Palmeyras” – “Laranya Mekanika”

20.12.2013
09:00. A1 - B2
10:45. A2 - B1
17:00. A4 - B4
19:00. A3 - B3

21.12.2013
10:45. Final

Sonda qeyd edək ki, "Laranya Mekanika Beynəlxalq Kuboku” turniri eyni zamanda işgüzar xarakter daşıyacaq. Belə ki, akademiyamızın direktoru Stenli Brard dekabrın 18-də yerli mütəxəssislər və turnir iştirakçıları üçün seminar verəcək.