U-17-dən 9 cavabsız qol
Xəbərlər / 24 Dekabr 2016 | 00:23619
U-17-dən 9 cavabsız qol

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda növbəti qarşılaşmalarını keçirib. U-19 səfərdə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. 14 matçdan sonra xal hesabını 34-ə çatdıran “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. AZAL üzərində səfər qələbəsindən sonra (7:0) ev oyununda “Xəzər Lənkəran”ı sınağa çəkən U-17 9:0 hesabı ilə qalib gəlib. 12 matçdan sonra hesabında 29 xal olan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. U-16 “Neftçi” ilə səfər matçından xalsız dönüb – 1:2. 11 oyunda 22 xal qazanan komandamız  I dövrəni 3-cü pillədə başa vurub. 
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıb. “Təhsil” FM ilə qolsuz heç-heçə edən U-14 komandamız 13 oyunda yığdığı 28 xalla 3-cüdür. Eyni rəqibin müvafiq komandası ilə görüşən U-13 isə 5:0 hesabı ilə qələbə qazanıb. Aktivində 13 oyundan sonra 26 xal olan “Qəbələ” 4-cü yerdə qərarlaşıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” Oğuzun UGİM-ini 4:1, UGİM Qaxın UGİM-ini 2:0 hesabı ilə yenib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 29 xalla 3-cüdür. U-11 Liqasında komandalarımız birlikdə 30 cavabsız qol vurub. “Qəbələ” “Viktoriya Zaqatala”nı 18:0, UGİM “Balakən”i 12:0 hesabı ilə üstələyib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, UGİM 33 xalla 2-cidir. 3 komanda ilə təmsil olunduğumuz U-10 Liqasında “Qəbələ” Şəki 3 nömrəli məktəbin komandasını 13:0, UGİM Oğuzun UGİM-ini 2:1, Gİİ isə UGİM “Rabitəçi”ni (Yevlax) 3:2 hesabı ilə məğlub edib. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 5-cidir.