«Young Talents-2013» turniri başa çatdı
Xəbərlər / 20 Oktyabr 2013 | 21:56253
«Young Talents-2013» turniri başa çatdı

Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən "Young Talents-2013" turnirinə yekun vurulub. Turnirin son günündə "Qəbələ" 19-cu yer uğrunda mübarizədə "Kuban"la (Krasnodar, Rusiya) qarşılaşıb. Matç rusiyalıların 3:0-lıq qələbəsi ilə bitib. Beləliklə, "Qəbələ"nin U-12 komandası turniri sonuncu pillədə tamamlayıb. Qızıl medallara finalda Kanaplov Akademiyasını 3:1 hesabilə məğlub edən Kiyev "Dinamo"su sahib çıxıb.