Cüdoçularımız Azərbaycan birinciliyində 7 medal qazandı
Cüdo / 14 Oktyabr 2016 | 23:061090
Cüdoçularımız Azərbaycan birinciliyində 7 medal qazandı

“Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilib. 49 komandadan 270 cüdoçunun (231 oğlan, 39 qız) iştirak etdiyi yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. İdmançılarımız birinciliyi 7 medalla başa vurublar. Cüdoçularımız tatamidən 3 qızıl, 2 gümüş, 2 bürünc mükafatla ayrılıblar. Oğlanların yarışında Nəriman Əhmədov qızıl, Rüfət Tağızadə gümüş (hər ikisi 60 kq), İsmayıl İbrahimov (66 kq) və Rüfət İsmayılov bürünc medal əldə ediblər. Qızların mübarizəsində Leyla Şahin (57 kq) və Nərgiz Hacıyeva (63 kq) bütün rəqiblərini qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Lalə Gülbalayeva (70 kq) isə yalnız finalda uduzaraq, gümüş mükafatçı olub.