Gənc cüdoçulardan 6 medal
Cüdo / 16 Fevral 2017 | 00:411045
Gənc cüdoçulardan 6 medal

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. İdmançılarımız birinciliyi 6 medalla başa vurublar. 55 kq çəki dərəcəsində iki idmançımız fəxri kürsüyə yüksəlib. Rövşən Əliyev 1-ci, Nurlan Osmanov 3-cü yeri tutub.  Finala qədər irəliləyən İsmayıl İbrahimov 66 kq, Hasil Cəfərov isə 73 kq çəki dərəcəsində gümüş mükafatçı olub. Daha iki idmançımız medalçılar sırasına düşə bilib. İmran Yusifov 100 kq, Vüsal Orucov +100 kq çəki dərəcəsində 3-cü yeri tutub. Hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal olan “Qəbələ” komanda hesabında 18 xalla 3-cü olub.