Kəramət Hüseynovdan qızıl medal
Cüdo / 7 Aprel 2018 | 23:401067
Kəramət Hüseynovdan qızıl medal

Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçirilən cüdo turnirinə start verilib. “Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunan yarışın ilk günündə bütün çəki dərəcələrində medalçılar müəyyənləşib. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun cüdoçusu Kəramət Hüseynov da fərqlənənlər sırasında olub. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçularının mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Sabah cüdoçuların komanda yarışları keçiriləcək.