Praqada 2-ci medal
Cüdo / 24 İyul 2016 | 17:34644
Praqada 2-ci medal

“Qəbələ” İdman Klubunun daha bir cüdoçusu gənclər arasında Avropa kubokunun mükafatçısı olub. Çexiyanın paytaxtı Praqada təşkil olunan yarışın ikinci günündə Rüfət İsmayılov fəxri kürsüyə qalxıb. 81 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk üç qarşılaşmada avstriyalı Patrik Qanselmayer, estoniyalı German Duran və isveçli Julius Soneruda qalib gəlib. Yarımfinalda gürcüstanlı Koba Mçedlişviliyə uduzan İsmayılov bürünc medal uğrunda mübarizə aparmalı olub. Ukrayna təmsilçisi Rezo Mesablişvili ilə görüşən cüdoçumuz Praqada 4-cü qələbəsini qazanıb, bürünc mükafata yiyələnib.
Xatırladaq ki, yarışın ilk günündə daha bir cüdoçumuz Nəriman Əhmədov 55 kq çəki dərəcəsində mükafatçılar sırasına düşmüşdü. Yalnız finalda uduzan təmsilçimiz gümüş medala sahib olmuşdu.