«Qəbələ» cüdoçularından növbəti uğur
Cüdo / 12 Yanvar 2014 | 13:34862
«Qəbələ» cüdoçularından növbəti uğur

"Qəbələ" İdman Klubunun cüdo bölümü növbəti uğura imza atıb. 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq turnirdə çıxış edən komandamız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla yarışı komanda hesabında üçüncü yerdə tamamlayıb. 81 kq çəki dərəcəsində Rüfət İsmayılov və 100 kq-da Cəlil Şükürov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vasif Şərbətli (90 kq) finalda məğlub olaraq gümüş medala sahib olub. Komandamıza yeganə bürünc medalı isə Xəzər Həsənov (55 kq) qazandırıb. Turnirdə komanda hesabında ilk pilləni Nizami Cüdo Məktəbi, ikinci yeri isə "Judo 2012" klubu tutub.