«Qəbələ» cüdoçusu Avropa Kubokundan medalla qayıdır
Cüdo / 1 Aprel 2013 | 10:33541
«Qəbələ» cüdoçusu Avropa Kubokundan medalla qayıdır

Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı və “Qəbələ”ni təmsil edən Fəridə Həsənxanova bürünc medal qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz çətin qarşılaşmalardan sonra mükafatçılar sırasına düşməyi bacarıb. Xatırladaq ki, sözügedən çəkidə 37 idmançı medallar uğrunda yarışıb. Fəridə Həsənxanova Azərbaycana medal qazandıran yeganə qız cüdoçu olub.  Ümumilikdə Azərbaycan Avropa Kubokundan 5 medalla qayıdır. 
55 kq çəki dərəcəsində İlkin Babazadə qızıl medala, 60 kq çəki dərəcəsində Rauf Xəlilov gümüş medala sahib olub. Natiq Qurbanlı (-50 kq) və Rüfət Tağızadə (-55 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, 18 yaşdan aşağı cüdoçuların mübarizə apardığı Avropa Kubokuna qitənin 23 ölkəsindən  569 idmançı qatılmışdı.