«Qəbələ»nin baş məşqçisi cüdo yığmasında
Cüdo / 27 Fevral 2017 | 20:311741
«Qəbələ»nin baş məşqçisi cüdo yığmasında

“Qəbələ” İdman Klubunun cüdo bölməsinin baş məşqçisi Ramil İsmayılov yeni vəzifəyə təyinat alıb. Mütəxəssis gənclərdən ibarət Azərbaycan milli komandasında da fəaliyyət göstərəcək. Belə ki, bu gün yığmanın məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Elçin İsmayılov komandanın yeni baş məşqçisi təyin olunub. “Qəbələ”nin baş məşqçisi olan Ramil İsmayılov, həmçinin Rəşad Həsənov və İlham Məmmədov isə yığmanın köməkçi məşqçi vəzifəsini icra edəcək. Təyinatdan sonra məşqçilər gənclərdən ibarət milli komandamızın üzvlərinə təqdim olunub.