Rüfət İsmayılovdan bürünc medal
Cüdo / 27 Dekabr 2017 | 23:42840
Rüfət İsmayılovdan bürünc medal

Bakı İdman Sarayında keçirilən kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatının ikinci gününə yekun vurulub. Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. “Qəbələ” İdman Klubunun cüdoçuları daha bir medal qazanıb. Bu dəfə Rüfət İsmayılov fərqlənib. 90 kq çəki dərəcəsində çıxış edən idmançımız çempionatı 3-cü pillədə başa vurub. Bununla da İsmayılov Azərbaycan çempionatının bürünc mükafatını qazanıb. 55 klubdan 497 cüdoçunun mübarizə apardığı ölkə çempionatına sabah yekun vurulacaq.

Xatırladaq ki, yarışın ilk günündə “Qəbələ”nin idmançılarından Vüqar Şirinli qızıl, Mehman Sadıxov gümüş mükafat qazanıb.