Uşangi Kokauridən bürünc medal
Cüdo / 4 Fevral 2018 | 23:46571
Uşangi Kokauridən bürünc medal

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışı keçirilib. 29 ölkədən 244 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Uşangi Kokauri də uğurla çıxış edib. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışa 2-ci mərhələdən başlayıb. İspaniyalı İrinel Vasile Çelaru Qriqoraş və ukraynalı Andrey Kolesnikə qalib gələn Kokauri yarımfinala yüksəlib. Bu mərhələdə belçikalı Bencamin Harmeqniesə uduzan cüdoçumuz 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gələn Uşangi turnirin bürünc mükafatına yiyələnib.